Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gecəlik müdafiə İsrailə neçəyə başa gəldi?

Bir gecəlik müdafiə İsrailə neçəyə başa gəldi?

Tarix: 14 Aprel 2024 18:10

İranın hücumunun dəf edilməsi İsrailə 1,3 milyard dollara başa gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah bildirib.

O qeyd edib ki, bu məbləğ İranın özünün hücuma görə ödədiyi məbləğdən xeyli çoxdur.

Ram Aminah hökuməti ölkənin müdafiə büdcəsini artırmağa çağırıb.

"Digər tərəfdən, yeni müdafiə xərcləri iqtisadi artım potensialına mane ola bilər", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Bir gecəlik müdafiə İsrailə neçəyə başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ