Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 08:24
Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə açıqlayıb.
"Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb", - məmur bildirib.
O həmçinin hadisənin paytaxt bölgənin Koyoakan yaşayış məntəqəsində baş verdiyini diqqətə çatdırıb.