Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın 3-cü mümkün rəqibi bilindi - YENİLƏNİB

Tarix: 15 Aprel 2024 14:58

14:52

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Panevejis" Azərbaycan çempionunun 3-cü mümkün rəqibi olub.

Litva çempionu səpələnməmişlər səbətinə düşüb. Buna "Slovan"ın Slovakiyadakı çempionluğu səbəb olub. Litvalılar "Ordabası" və "Vikinqur" kimi zəiflər sırasında yer alacaq. Səpələnmiş olan "Qarabağ" da bu rəqiblərdən biri ilə üz-üzə gələcək.

Səpələnmişlər
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Dinamo" (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.

---------

12:17


Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, buna Qazaxıstan və Litva çempionatlarında qızıl medalçının səbətinin bəlli olması ilə aydınlıq gəlib.

Belə ki, "Panevejis" və "Ordabasi"nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Bu da o deməkdir ki, püşkdə güclülərin səbətində qərarlaşacaq "Qarabağ" adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu "Vikinqur"un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bilinirdi.

Milli.Az


Etiketlər:  Qarabağın 3 mümkün rəqibi bilindi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ