Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayer"i çempion edən Alonso "Real"ın baş məşqçisi olacaq

Tarix: 16 Aprel 2024 16:22

Almaniyanın "Bayer 04" klubunun baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun gələcəkdə İspaniya təmsilçisi "Real"a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, funksioner bu barədə "El Larguero"ya açıqlamasında bildirib.

"Bir gün Xabi Alonsunun "Real"ın baş məşqçisi olacağına şübhəm yoxdur. Yeganə sual onun nə vaxt müqavilə bağlayacağıdır. Amma bunun olacağına inanıram və əminliklə deyə bilərəm", - deyə Karro söyləyib.

Qeyd edək ki, hesabında 79 xal olan "Bayer 04" sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.

Milli.Az


Etiketlər:  Bayeri çempion edən Alonso Realın baş məşqçisi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ