Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Golden Boy” mükafatına favoritlər açıqlandı

“Golden Boy” mükafatına favoritlər açıqlandı

Tarix: 16 Aprel 2024 21:24

2024-cü il "Golden Boy" mükafatına namizədlərin siyahısı yenilənib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.

Siyahıya İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya "Benfika"sının üzvü Joao Neveş izləyir. İlk "üçlüy"ü İngiltərə təmsilçisi "Mançester Yunayted"in formasını geyinən Alexandro Qarnaço qapayır.

Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro ("Lill", Fransa), Savio ("Jirona", İspaniya) və Kobbi Meynu ("Mançester Yunayted", İngiltərə) növbəti yerlərdə qərarlaşıblar.

"Golden Boy" mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya "Real"ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.

Milli.Az


Etiketlər:  Golden Boy mükafatına favoritlər açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ