Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir

Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir

Tarix: 18 Aprel 2024 15:15

Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Kanadanın Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir.

"Bu missiyanın yerdəki insidentlərinin qarşısını ala bilməməsinə, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hansısa müsbət töhfəsinin olmamasına biz hər gün daha çox əmin oluruq. Əksinə Aİ-nin nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti və təbliğatla məşğul olur. Başa düşdüyümüz qədər Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan "ekspertlər" Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir. Aydındır ki, Atlantikanın o tayında təkcə yerdə vəziyyətə nəzarət etmək üçün imkanlarını genişləndirmək istəmirlər, həm də avropalı müttəfiqlərini izləmək istəyirlər. NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir. Azərbaycan-Ermənistan nizamlanmasına real yardım Aİ və NATO-nin məqsədlərində yoxdur. Qərb Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma arenasına çevirərək, yerli sakinlərin maraqlarını rədd edərək onu hərbiləşdirməyə davam edir. Faktiki olaraq, Qərb yaxın vaxtlarda regionun dinc yolla inkişafı vəzifələrinin həyata keçirilməsinin üstündən xətt çəkir".


Etiketlər:  Rusiya XİN Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ