Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə dəhşətli qətl: Gündüz çağı küçənin ortasında... - VİDEO

Türkiyədə dəhşətli qətl: Gündüz çağı küçənin ortasında... - VİDEO

Tarix: 18 Aprel 2024 18:50

Türkiyədə ötən gün yaşanan qətl hadisəsini törədən şəxsin anbaan saxlanılma görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunun Tarabya məhəlləsində baş verən hadisə zamanı əcnəbi vətəndaş 58 yaşlı Yaşar Yanıkyürek adlı sürücünün idarə etdiyi taksiyə minib və aralarında ödənişlə bağlı mübahisə düşüb. Əcnəbi Yanıkyürekə beş bıçaq zərbəsi vuraraq onu avtomobilindən çölə atıb və avtomobilli sürərək hadisə yerindən uzaqlaşıb. Taksi sürücüsü dünyasını dəyişib.

Polis qrupları araşdırmalar nəticəsində 42 yaşlı şübhəlini qısa müddətdə ələ keçirib.

Taksi sürücüsünü öldürən şübhəlinin polis qrupları tərəfindən saxlanıldığı anlar kameralara əks olunub. 

Milli.Az


Etiketlər:  Türkiyədə dəhşətli qətl Gündüz çağı küçənin ortasında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ