Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nicat Abasov yenə məğlub oldu

Nicat Abasov yenə məğlub oldu

Tarix: 19 Aprel 2024 09:14

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XII turun oyunları keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə üz-üzə gəlib.

29 yaşlı təmsilçimiz ağ fiqurlarla oynayıb. Təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb.

İddiaçılar Turniri
XII tur, 18 aprel
Hikaru Nakamura - Alireza Firuzca - 1:0
Nicat Abasov - Dommaradju Qukeş - 0:1
Fabiano Karuana - Vidit Santoş Qujrati - 1:0
Yan Nepomnyaşi - Rameşbabu Praqnanandja - 0,5:0,5

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) - 7,5, 4. Fabiano Karuana (ABŞ) - 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) - 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) - 5, 7. Alireza Firuzca (Fransa) - 4,5, 8. Nicat Abasov (Azərbaycan) - 3.

Qeyd edək ki, XIII turun matçları aprelin 20-də təşkil olunacaq.

Milli.Az


Etiketlər:  Nicat Abasov yenə məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ