Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 10:36
"Qarabağ"ın futbolçusu İnnosent Emeqara Ağdam klubunun yeni müqavilə təklifini rədd edib.
Qol.az-ın məlumatına görə, bu barədə o, "Blick"ə açıqlamasında deyib: "Yeni müqavilə təklifi məni qane etmədi. Görək, nə baş verir".
30 yaşlı hücumçu "Qarabağ"la ölkə çempionu olması barədə də fikirlərini bildirib: "Çempionluq yaxşı hissdir. Bu sizdə özünəinamı artırır. Çempionluğu son turun oyunundan sonra qeyd edəcəyik".
İ.Emeqara Bakı haqda danışıb: "Bakı Avropanın Dubayına bənzəyir. Yeni binalar tikilib, hər şey təmizdir, cinayət sıfırdır. Burda bir çox əcnəbi yaşayır. Mən mərkəzdə bir mənzildə tək qalıram".
Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış edən Emeqara ötən yay Ağdam klubuna qayıdıb.