Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Tarix: 20 Aprel 2024 20:00

Kərə yağı ən sağlam yağ hesab olunur.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, dietoloq İrina Pisarevanın sözlərinə görə, məhsulun tərkibində D, B, A, E və PP vitaminləri var ki, bunun sayəsində ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərir və qan damarlarını gücləndirir:

"Kərə yağı alarkən, daha çox yağ faizi olan birini seçin - 82,5% ən yaxşısıdır. Bu göstərici nə qədər aşağı olarsa, məhsula bir o qədər çox bitki mənşəli yağlar daxildir. Eyni zamanda, qızartmaq üçün bu yağdan istifadə etməmək daha məsləhətlidir. Kərə yağı laktozaya qarşı dözümsüzlük diaqnozu qoyulmuş insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir. Bundan əlavə həmçinin zeytun yağı da sağlam yağlardan hesab olunur. Təmizlənməmiş soyuq preslənmiş məhsulun tərkibində A, E, D və K vitaminləri var ki, bu da ürəyin fəaliyyətini yaxşılaşdırır, həmçinin mədə-bağırsaq xəstəliklərinin riskini azaldır. Kərə yağından fərqli olaraq zeytun yağı qızartmaq üçün də istifadə edilə bilər".


Etiketlər:  yağlarla qızartma etməyin ZƏRƏRLİDİR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ