Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 16:02
"Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok deyib.
"Dünya Turizm Təşkilatının məlumatına görə, Türkiyə 2022-ci ildə 50 milyondan çox turisti qəbul edərək, dünyada dördüncü sırada yer alıb. 2023-cü ildə 56,7 milyon turisti qəbul edən ölkə 54,3 milyard dollar gəlir əldə edərək, rekorda imza atıb. Bu il yeni rekordlar vurmağı planlaşdırırıq: 60 milyon turist və 60 milyard dollar gəlir", - deyə Ə.Dəmirok Aşqabadda Türkiyənin turizm sənayesinin potensialına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün Türkiyənin hər bölgəsində dörd mövsüm ərzində müxtəlif turizm tədbirləri təşkil edilə bilər və ölkənin inkişaf etmiş infrastrukturu ona çoxlu sayda ziyarətçi qəbul etməyə imkan verir.