Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 21:10
Moskva "Spartak"ı Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Okan Buruka iki illik müqavilə təklif edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, "qırmızı-ağlar" mütəxəssisə bonuslar daxil olmaqla iki mövsüm üçün 7,5 milyon avro ödəməyə hazırdır.
İddiaya görə, Burukun özü də moskvalıların təklifinə müsbət yanaşıb.
Aprelin 14-də Qiyermo Abaskal "Spartak"ın baş məşqçisi vəzifəsindən azad edilib. Komandanın məşqçisinin v əzifələrini Vladimir Slişkoviç yerinə yetirir.
Buruk 2022-ci ilin yayından "Qalatasaray"da çalışır. Onun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.
İstanbul komandası Türkiyə çempionatının başa çatmasına altı tur qalmış turnir cədvəlində birinci yeri tutur.