Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ortadan bölünən maşınından burnu belə qanamadan çıxdı - VİDEO

Ortadan bölünən maşınından burnu belə qanamadan çıxdı - VİDEO

Tarix: 22 Aprel 2024 14:16

Mingəçevirdə baş vermiş yol qəzasında avtomobil bir neçə yerə bölünsə də, sürücü heç bir xəsarət almayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə aprelin 21-nə keçən gecə qeydə alınıb. 2003-cü il təvəllüdlü Elbrus Mansur oğlu Süleymanovun Mingəçevirdən Yevlax istiqamətində idarə etdiyi 62 BN 987 nömrə nişanlı "VAZ 21015" markalı maşın işıq dirəyinə çırpılıb. Daha sonra isə Nəsimi parkı ərazisinə daxil olub.

Hadisədən sonra xəstəxanaya aparılan 21 yaşlı sürücüdə hər hansı xəsarət olmadığından o evə buraxılıb.

Bundan sonra qəza yerinə gələn Elbrus video çəkərək paylaşıb və qəzadan xəsarətsiz, sağ çıxmasına çoxlarının inanmadığını deyib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Ortadan bölünən maşınından burnu belə qanamadan çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ