Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu

Tarix: 24 Aprel 2024 10:30

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

"Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur", - deyə qubernator müraciətində bildirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.


Etiketlər:  Rusiyanın daha neft emalı zavoduna dron hücumu oldu


RƏYLƏR