Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüqar Kərəmov azadlığa buraxıldı

Vüqar Kərəmov azadlığa buraxıldı

Tarix: 24 Aprel 2024 13:00

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən tələbəsi Vüqar Kərəmov azadlığa buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

V.Kərəmov haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən idmançıların həbs müddəti 1 ay uzadılıb. 

Qeyd edək ki, Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər. Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Vüqar Kərəmov azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ