Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbriz Həsənov: “Onlar tamamilə kuboka fokuslanıblar”

Təbriz Həsənov: “Onlar tamamilə kuboka fokuslanıblar”

Tarix: 24 Aprel 2024 16:26

"Kubokun bir cütündə son turları yaxşı oynayan, digərində isə əksi olan klublardır".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu veteran futbolçu Təbriz Həsənov deyib.

57 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri öncəsi gözləntilərini açıqlayıb. O bildirib ki, "Qəbələ" ilə "Zirə" oyununa proqnoz vermək çətindir: "Bölgə klubu cəmi 1 top fərqilə - 1:2 hesabı ilə uduzub. Onlar tamamilə kuboka fokuslanıblar. Deməzdim kubok komandasıdırlar, amma bundan qabaq qalib olmağı bacarıblar. "Qəbələ"nin yaxşı təcrübəsi də var. Hər halda 1 top fərqini yaxşı oyunla aradan qaldırmaq olar. Bu oyunda şansları 50-nin 50-yə dəyərləndirirəm. Maraqlı və çətin oyun olacaq".

Həsənov kuboku qazanmağa əsas favorit "Qarabağ"ı sayır: "İnanmıram ki, "Neftçi" onlarla görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilsin. "Qarabağ"ı finalda görürəm. Qurban Qurbanovun komandası kuboku qazanmaq gücündədir. Məncə, "Qəbələ" - "Zirə" oyunu "Qarabağ" - "Neftçi" matçından daha maraqlı olacaq".

Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı saat 17:00-da, "Qarabağ" - "Neftçi" qarşılaşması saat 20:00-da başlayacaq.


Etiketlər:  Təbriz Həsənov Onlar tamamilə kuboka fokuslanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ