Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 09:14
Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev 2022-ci ilin yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
O, 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində bir gün əvvəl saxlanılıb.
Baş Prokurorluq həmçinin qeyd edib ki, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var və bu səbəbdən açıqlanmalı deyil.