Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 10:48
Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsi Qərbə Kiyevə indiki dəstəkdən olduqca baha başa gələcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin Qərb liderlərini dürüst olmağa və silahların çatdırılmasında gecikmələrin real nəticələrə səbəb olduğunu başa düşməyə çağırıb:
"Bu, ölüm-dirim məsələsidir. Bu müharibə nəzəri bir şey deyil, o, 7/24 davam edir və biz lazım olduğu kimi çatdırmasaq, bunun əvəzini ukraynalılar ödəyəcək".
O, etiraf edib ki, Ukraynanın qələbəsini təmin etməyin bədəli və müəyyən risklər var:
"Ancaq ən böyük risk Prezident Putinin qalib gəlməsidir. Əgər Putin qalib gəlsə, o zaman ən böyük bədəl ödəyəcəyik. Çünki o zaman biz - NATO müttəfiqləri təhlükəsizliyimizə sərmayə qoymalı olacağıq və həddən artıq böyük məbləğdə puldan danışacağıq. Ona görə də Ukraynaya dəstək öz təhlükəsizliyimizi təmin etməyin ən yaxşı yoludur".