Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada dəhşət: 40 min hektar ərazi yanır

Rusiyada dəhşət: 40 min hektar ərazi yanır

Tarix: 30 Aprel 2024 21:56

Sibir bölgələrində meşə yanğınları başlayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "Avialesoxrana" yanğının artıq yeddi regiona yayıldığını bildirib.

Dövlət müəssisəsinin məlumatına görə, hazırda ümumi sahəsi 40.374 hektar olan 41 yanğın hadisəsi var.

Ən çətin vəziyyət Yəhudi Muxtar Vilayəti və Xabarovsk diyarındadır. Yəhudi Muxtar Vilayətində yanğın 25 apreldə başlayıb və 18,5 min hektar ərazini əhatə edib. Aprelin 29-da yanğın lokallaşdırılıb.

Xabarovsk diyarında 14 bələdiyyədə yanğın davam edir və demək olar ki, 22 min hektara yayılıb. Hazırda ərazidə 380-dən çox canlı qüvvə, 60 ədəd yerüstü texnika və 7 təyyarə yanğınla mübarizə aparır.


Etiketlər:  Rusiyada dəhşət hektar ərazi yanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ