Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 10:04
Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barə "Sinxua" agentliyi məlumat yayıb.
Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.
-------
08:15
Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Olay yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri qurtarıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.