Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 15:14
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) üzvləri, yanğınsöndürmə və təcili yardım briqadası cəlb olunub.
Yanğın zamanı yüngül xəsarət alan işçi xəstəxanaya çatdırılıb.