Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2024 20:56
Əvvəlki illərə nisbətən gənc oğlanlar 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər.
Maraqlıdır, oğlanlar niyə evlənmək istəmirlər?
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Dövlət Statistika Komitəsinin sözçüsü Tünzalə Qarayeva bildirib ki, 61 939 qeydə alınmış nikahdan bəyin yaş qrupuna əsasən, 41 502-si 25-34 yaş aralığındadır.
Sosioloq Mail Yaqub isə əvvəlki illərə nisbətən, xanımların və bəylərin həyatda olan gözləntilərin artması gec ailə qurmanın əsas səbəblərindən birinin olduğunu bildirib.
"Gec evlənən ailələrdə çox uşağa meyilin az olması əhalinin artım tempinə ziyan vurur. Beynəlxalq təşkilatların birinin hesabatlarına əsasən, ölkəmizdə 2 100-cü ildə əhalinin sayı on milyondan, səkkiz milyona düşəcək", - deyə Mail Yaqub qeyd edib.
Ətraflı videosüjetdə: