Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tanımadığı adama bunu edənlə necə evli olum?''

''Tanımadığı adama bunu edənlə necə evli olum?''

Tarix: 7 May 2024 14:15

Aktyor Elcan Rəsulov "Ər və arvad" serialının bitməsindən danışıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, "Zarafat bir yana" proqramında "Niyə Kəmalə Piriyeva ilə real həyatda evlənmirsiniz" sualını cavablandırıb:

"Proyekt 5 ilə yaxın getdi. Aydın oldu ki, bunlar ailə olsalar, heç nə alınan deyil. Yaramır. Həyatda da düz gəlmirik. Çəkiliş vaxtı mübahisəmiz olub. Ailə belədir ki, söz-söhbət olanda ayrılırlar, burada da proyekt bağlanır. Dalaşmadıq, gördük ki, söz-söhbətə gedir. Şillə vurmayıb, bir dəfə "tok"la vurub. Əlində aparat var idi. Hələ yeni vaxtlar idi. Kəmaləni yaxşı tanımırdım. 

O da onu haradansa alıb ki, gecə vaxtı gəzəndə özünü müdafiə məqsədli istifadə etsin. Bu layihələrin müzakirəsi gedir, qiyabi bilirəm ki, Kəmalə xanım tərəf müqabilim olacaq, o da məni bilir. Həmin ərəfədə də Rəşid Behbudov adına teatrda konsert idi. Dostlarımla görüşürdüm, qəfil arxadan gəlib, məni həmin aparatla vurdu. Heç nə etməmişdim, heç salamlaşmamışdım. Buradan ora atlandım. Dedim, ay xanım, nə edirsiniz? Dedi ki, zarafat edirəm. Tanımadığı adama bunu edənlə necə evli olum? Yatdığım yerdə məni "220"yə verməz? Yazıq deyiləm?".


Etiketlər:  Tanımadığı adama bunu edənlə necə evli olum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ