Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güləşçimiz olimpiadaya lisenziya qazandı

Güləşçimiz olimpiadaya lisenziya qazandı

Tarix: 9 May 2024 20:06

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində Razvan Arnauta (Rumıniya) qalib gəlib.

Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.

Milli.Az


Etiketlər:  Güləşçimiz olimpiadaya lisenziya qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ