Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən zəngin şəhərlərinin SİYAHISI

Dünyanın ən zəngin şəhərlərinin SİYAHISI

Tarix: 9 May 2024 20:42

Dünyanın ən zəngin şəhərlərinin siyahısı dərc edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, siyahıya 350 min varlı insanın yaşadığı Nyu-York şəhəri başçılıq edir.

Hazırda burada sərvəti bir milyon dollardan çox olan 350.000 insan yaşayır. Bu da son on ildə 48% artım deməkdir. Bu hər 24 şəhər sakinindən birinin belə əhəmiyyətli kapitala malik olduğunu göstərir.

Siyahıda ikinci yerdə Silikon Vadisi də daxil olmaqla, 305.700 milyonçu və ən çox milyarder sayı  ilə San-Fransisko Körfəz Bölgəsi gəlir.

Üçüncü yeri 298 mindən çox milyonçunun yaşadığı Tokio tutur və son illərdə onların sayı 5% azalıb. Lakin buna baxmayaraq, Yaponiyanın paytaxtı hələ də dünya sərvətinin ən böyük mərkəzlərindən biri olaraq qalır.

Milyonçuların sayında əhəmiyyətli artım müşahidə edilən şəhərlər arasında Şenzen və Xançjou kimi Çin şəhərləri də var.

Bu arada, Moskva və Honq Konqda sanksiyalar, eləcə də hərbi münaqişələr kimi müxtəlif iqtisadi-siyasi amillər səbəbindən varlı sakinlərin sayında azalma müşahidə olunur.

Milli.Az


Etiketlər:  Dünyanın ən zəngin şəhərlərinin SİYAHISI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ