Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Duma onu yenidən Baş nazir postuna təsdiqlədi

Duma onu yenidən Baş nazir postuna təsdiqlədi

Tarix: 10 May 2024 17:54

Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 432 deputatdan 375-i Mişustinin lehinə səs verib. 57 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Məlumata görə, Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq qərar  imzalanması üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim etmişdi.


Etiketlər:  Duma yenidən Baş nazir postuna təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ