Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Tarix: 12 May 2024 11:56

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib.

"Hazırda ən azı dörd isti plazma buludu Yerə doğru uçur. Onlardan yalnız biri indiyədək Yerin maqnitosferinə çatıb. O, mayın 11-nə keçən gecə 2005-ci ildən bəri ən güclü maqnit qasırğasını törədib", - Yazev izah edib.

Astronomun sözlərinə görə, plazma buludları müxtəlif sürətlə hərəkət edir. Ona görə də mayın 12 və 13-də Yer kürəsində bu emissiyaların yaratdığı davamlı maqnit qasırğası müşahidə olunacaq.


Etiketlər:  güclü maqnit qasırğasının qədər davam edəcəyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ