Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əziz Yıldırım yenidən ''Fənərbağça''nın prezidenti olur?

Əziz Yıldırım yenidən ''Fənərbağça''nın prezidenti olur?

Tarix: 14 May 2024 01:00

Əziz Yıldırım yenidən Türkiyənin "Fənərbağça" komandasının prezidenti ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, 72 yaşlı funksioner bu barədə "Haber Qlobal"a açıqlamasında deyib. O bildirib ki, bu il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək.

"Fənərbağça" klubuna prezident seçkiləri bu ilin iyununda baş tutacaq. "Sarı-lacivərdlilər"in hazırkı rəhbəri Əli Koçdur.

Qeyd edək ki, Əziz Yıldırım 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.


Etiketlər:  Əziz Yıldırım yenidən Fənərbağçanın prezidenti olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ