Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden İsrailə silah satışının dayandırılmasını qadağan edən qanun layihəsinə veto qoyacaq

Bayden İsrailə silah satışının dayandırılmasını qadağan edən qanun layihəsinə veto qoyacaq

Tarix: 15 May 2024 08:46

ABŞ Konqresi İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanun layihəsini qəbul etsə, Prezident Cozef Bayden ona veto qoymaq niyyətindədir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" qəzeti Ağ Evə istinadən xəbər yayıb.

Qəzet qeyd edib ki, Bayden Nümayəndələr Palatasının respublikaçılarının ona İsrailə silah göndərməsi üçün təzyiq göstərmək məqsədilə hazırlanmış qanun layihəsinə veto qoyacaq.

Bayden İsrail ordusu Qəzza zolağında, Rəfahda əməliyyata başlayarsa, bu ölkəyə bəzi növ hücum silahları verməkdən imtina edəcəyi barədə xəbərdarlıq etdikdən sonra respublikaçılar qanun layihəsini təqdim ediblər.

Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin etməyə çağırır, Baydenin təchizatı dayandırmaq qərarını pisləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.


Etiketlər:  Bayden İsrailə silah satışının dayandırılmasını qadağan edən qanun layihəsinə veto qoyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ