Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 09:06
Türkiyə prezidenti gözlənilən çevrilişlə bağlı xəbərdarlıq edildikdən sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili iclas keçirib.
"Turkiye" nəşrinin yazdığına görə, xəbərdarlıq cinayət təşkilatı "Ayhan Bora Kaplan"la əlaqəsi ola biləcək polislərin səs-küylü işdən çıxarılmasından sonra edilib.
Ərdoğana xəbərdarlıq edən Türkiyə millətçi partiyasının lideri Baxçalının sözlərinə görə, hər şey 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdinin təkrarlanmasının mümkünlüyünə işarə edir.