Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2024 22:12
Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb.
"Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır", - agentlik Kazaryandan sitat gətirib.
Qeyd edək ki, mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib, bundan sonra protokol imzalanıb. Delimitasiyadan sonra Kirants kəndində iki evin, bir mağaza və bir qarajın Azərbaycan ərazisinə düşdüyü məlum olub.