Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2024 18:50
Az öncə İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına görə bu gün keçirilməsi planlaşdırılan hökumət iclasının ləğv edildiyi haqda məlumat yayılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunun ardınca İran mediası Böhran Qrupunun yaradıldığını elan edib.
Eyni zamanda, DİN hadisə yerinə gedən xilasedicilərin qəzaya uğrayan helikopteri tapmadığını, ərazidə axtarışlara davam etdiyini, hava şəraitinin bu axtarışlara mane olduğunu bildirib.
Digər tərəfdən, "Mehr" agentliyi də İbrahim Rəisinin sağ olduğu və avtomobillə Təbrizə doğru hərəkət etdiyi barədə xəbəri saytından silib.
İranda Böhran Qrupu yalnız prezident bu və ya digər səbəbdən öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə yaradılır.
Beləliklə, İbrahim Rəisinin sağ olmadığı və ya yaralandığı haqda ciddi şübhələr yaranıb.