Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə nə qədər “arı çörəyi” yemək olar? – Doğru istifadə qaydası

Gündə nə qədər “arı çörəyi” yemək olar? – Doğru istifadə qaydası

Tarix: 20 May 2024 07:00

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, arı məhsullarından bir çox ölkədə qida əlavələri kimi istifadə olunur. Kosmetika və terapiya sahəsində də bu məhsullara böyük maraq var.

Ancaq "arı çörəyi" istehsalçılarının sayı çox azdır. Bu məhsul insan sağlamlığına çox faydalı olsa da, o qədər də məşhur deyil. Bu şəfa mənbəyi xaricdə "perga" kimi tanınır.

Polenin işlənmiş forması olan məhsulu istehsal etmək üçün arılar təbiətdən çiçək tozunu pətəyə gətirirlər. Bu tozcuqları öz ifrazatları ilə altıbucaqlılarda saxlayırlar. Daha sonra pupadan çıxan bala arılar 5 gün bu məhsulu yeyir. Arının ilk qidası olduğu üçün bu məhsula "arı çörəyi"deyilir.

Arı çörəyinin istifadəsi polenlə oxşarlıq təşkil edir. Yetkinlər üçün gündəlik doza təxminən 20-40 q olmalıdır. Daha yaxşı həzm olunması üçün arı çörəyi əzilir və isti suda həll edilir.

Orqanizmi yeniləmək və gücləndirmək üçün hər gün bir xörək qaşığı arı çörəyi yemək kifayətdir.

Digər dərmanlarla birlikdə qəbulu və xroniki xəstəliklər zamanı istifadəsi zamanı daha aşağı doza tövsiyə olunur.

Polendən daha güclü aktivliyi ilə xarakterizə olunduğu üçün adətən daha az miqdarda və ya qısa müddət ərzində tətbiq olunur.


Etiketlər:  Gündə qədər arı çörəyi yemək olar Doğru istifadə qaydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ