Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murat Dikmen: “Xarakter sərgiləyə bilmədik”

Murat Dikmen: “Xarakter sərgiləyə bilmədik”

Tarix: 20 May 2024 10:42

"Qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis basketbolunu oynadıq".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmən deyib.

ABL-nın final seriyasının 2-ci görüşündə "Sabah"a 63:94 məğlub olan mütəxəssis bildirib ki, matçda konsentrasiya problemi yaşayıblar: "Heç nəyə ilk görüşdə yekun vurulmur. Hər zaman dediyim kimi, pley-off seriyasında enişli-çıxışlı performans hər zaman ola bilər. İkinci oyunda da bunu artıqlaması ilə yaşadıq. Ona görə də xarakter sərgiləyə bilmədik. Məni də ən çox əsəbiləşdirən bu haldır. Oyunçularımın daha çox mübarizə aparmağını gözləyirdim. Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü matçına hazırlaşacağıq. Ümid edirəm ki, bu qarşılaşmada göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq".

Qeyd edək ki, 2 oyundan sonra seriyada hər komanda 1 qələbə qazanıb. 3 dəfə qalib gələcək klub çempion olacaq. Seriyada növbəti görüş mayın 22-də keçiriləcək.


Etiketlər:  Murat Dikmen Xarakter sərgiləyə bilmədik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ