Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya savaş açan Kolerov ifşa oldu: bu cür pul alır - VİDEO

Bakıya savaş açan Kolerov ifşa oldu: bu cür pul alır - VİDEO

Tarix: 21 May 2024 12:16

Rusiyada Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan Modest Kolerovun bu işləri pul qarşılığında gördüyünü əks etdirən görüntülər yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüntüləri Teleqram kanalları paylaşıb.

Video görüntülərdə rusiyalı jurnalist və politoloq bəzi şəxsləri nüfuzdan salmaq məqsədilə məqalələr yazmaq üçün böyük miqdarda pul aldığı əksini tapıb. Jurnalist Roman Qazenkonun da bu məsələdə vasitəçi rolu oynadığı bildirilir.

Sosial şəbəkələrdə onların arasında kafedə danışıqlar aparılması, həmçinin pul köçürməsini əks etdirən foto və videolar yayılıb. Şəbəkə istifadəçiləri bu görüntülərlə rüsvay olan Kolerovu sərt tənqid edib, onun cinayətə cəlb olunmasını istəyiblər.

Milli.Az


Etiketlər:  Bakıya savaş açan Kolerov ifşa oldu cür alır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ