Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 16:04
İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.
"Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib", - o qeyd edib.
Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.