Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi pandemiya zamanı korrupsiyada şübhəli bilinir

Messi pandemiya zamanı korrupsiyada şübhəli bilinir

Tarix: 22 May 2024 14:34

"Barselona"nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubiales və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin COVID-19 zamanı UEFA vəsaitlərinin mənimsənilməsində şübhəli bilinirlər.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, həmin şəxslərin pandemiya səbəbindən kəsilən maaşlarının bir hissəsini kompensasiya etmək üçün UEFA-nın vəsaitlərini futbolçulara "yönləndirməyə" cəhd etdiklərini göstərən mətn mesajları və səs yazıları aşkar edilib.

COVID-19 pandemiyası zamanı Kataloniya komandasının rəhbərliyi futbolçuların maaşlarını 70% azaltmaq niyyətində olub. Vəsaitlərin "yönləndirilməsi" ilə bağlı ilk söhbət 2020-ci ilin yazında, Pike Rubialesə Messinin maaşların kəsilməsi ilə bağlı narahatlığını çatdıranda gündəmə gəlib. Bundan sonra Rubiales Çeferinlə əlaqə saxlayıb və onun maaşlarını UEFA fondu ilə kompensasiya etməyi təklif edib.

Messi 2021-ci ildə "Barselona"dan ayrılaraq, PSJ-yə keçib. Burada iki il oynayıb və hazırda ABŞ-ın "İnter Mayami" klubunda oynayır. Pike 2022-ci ildə karyerasını başa vurduğunu açıqlayıb. Rubiales 2023-cü il Qadınlararası Dünya Çempionatından sonra futbolçu Cenni Hermosonun öpüşü ilə bağlı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb. Çeferin vəzifəsini davam etdirir.


Etiketlər:  Messi pandemiya zamanı korrupsiyada şübhəli bilinir


RƏYLƏR