Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

Tarix: 22 May 2024 15:12

"Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətən naminə Tavuş" hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb. 

"Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir", - deyə qəzet yazıb.

Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə göstərişlər verir.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.


Etiketlər:  Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ