Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirpiklərdə üzə çıxan xərçəng əlaməti – Bu baş verirsə…

Kirpiklərdə üzə çıxan xərçəng əlaməti – Bu baş verirsə…

Tarix: 22 May 2024 21:27

Kirpiklər və qaşlar xərçəng siqnalı verə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bədənimizin bu iki hissəsindəki tüklər saçlardan fərqli olaraq daha gec tökülür və yenilənir.

Kirpiklər təbii olaraq hər 6-10 həftədən bir yenilənir. Ona görə də hər gün bir neçə kirpik tökülməsi normal sayılır. Kirpiklər yaşlandıqca daha çox tökülə bilər. Çox vaxt bəzi tökülmələr və incəlmələr tamamilə təbiidir və narahat olmaq üçün heç bir əsas yoxdur.

Ancaq zaman-zaman kirpik və qaşlarda tük tökülməsi sürətlənə bilər. Bu vəziyyət qalıcı olarsa, təcili tədbirlər görülməlidir.

Həkimlər bildirirlər ki, kirpiklərin tökülməsi bir çox səbəbə görə baş verə bilər. Səhv kosmetik məhsuldan istifadə, stres, kirpik qaynağı və s. kirpiklərin tökülməsinə gətirib çıxara bilər. Ancaq bunun eyni zamanda ciddi sağlamlıq probleminin işarəti də olması mümkündür. Bədəndəki hər hansı bir dəyişiklikdə olduğu kimi, bunda da həllin açarı problemin kökünə varmaqdır.

Öncə belə həssas bölgənin təmizlənməsi çox diqqətlə aparılmalıdır. Makiyajı təmizləyərkən xeyli ehtiyatlı davranmaq lazımdır. Eyni zamanda makiyaj məhsullarınızın son istifadə tarixlərinə fikir verməlisiniz.

Əgər kirpiklərin tökülməsinə qarşı bütün tədbirləri görmüsünüzsə, lakin problem hələ də davam edirsə, deməli əsas səbəbi araşdırmaq üçün həkimə müraciət etməyin vaxtı gəlib.

Kirpik tökülməsi bir neçə ciddi problemin xəbərçisi ola bilər. Bunlar aşağıdakılardır:
qalxanabənzər vəzi xəstəlikləri, Blefarit, trichotillomania və bəzi xərçəng növləri.

Milli.Az


Etiketlər:  Kirpiklərdə üzə çıxan xərçəng əlaməti Bu baş verirsə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ