Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad Dadaşov Elçin Həsənovu işdən çıxardı - YENİ TƏYİNAT

Murad Dadaşov Elçin Həsənovu işdən çıxardı -  YENİ TƏYİNAT

Tarix: 23 May 2024 12:05

"Xəzər" televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

Sonxeber.net xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə televiziyanın Təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib. 

Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla "M Group Production"da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır. 


Etiketlər:  Murad Dadaşov Elçin Həsənovu işdən çıxardı YENİ TƏYİNAT


RƏYLƏR