Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 23:32
Hökumətin siyasəti ilə razılaşmadığım üçün Slovakiya Baş naziri Robert Fitsonu yaralamaq istəyirdim.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu baş nazirə qarşı sui-qəsd cəhdində təqsirləndirilən 71 yaşlı şəxs deyib.
O, hadisəni 30 ildir özünəməxsus olan tapança ilə törətdiyini qeyd edib.
Ticarət mərkəzinin keçmiş mühafizəçisi olmuş şəxs bildirib ki, onun bu yöndə planlarından heç kimin xəbəri olmayıb.
Müttəhim törətdiyi əmələ görə ictimaiyyətdən üzr istəyib, eyni zamanda baş nazirdən də üzr istəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 4 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub. Baş nazirin səhhəti tədricən yaxşılaşmaqdadır.