Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 12:36
Nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb.