Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellektin insan hüquqlarına təsiri Brüsseldə keçirilən beynəlxalq konfransda müzakirə edilib

Süni intellektin insan hüquqlarına təsiri Brüsseldə keçirilən beynəlxalq konfransda müzakirə edilib

Tarix: 22 Noyabr 2019 21:08

Bakı. Trend:

Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin bu günlərdə Belçikanın Brüssel şəhərində keçirdiyi növbəti illik beynəlxalq konfransda süni intellektin insan hüquqlarına təsiri, daha güçlü milli insan hüquqları institutlarının yaradılması, iqtisadi, sosial hüquqların səmərəli təmini və s. qlobal xarakterli mövzular müzakirəyə çıxarılıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, aparatın şöbə müdirinin müavini və Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədlinin iştirak etdiyi bu tədbirdə 40-dan çox ölkənin Milli İnsan Hüquqları İnstitutlarının rəhbər və nümayəndələri ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, BMT, ATƏT və s. beynəlxalq təşkilatların nümayəndələri təmsil olunub.

Süni intellektin insan hüquqlarına təsirinə dair sessiyada Z.Vəliməmmədli çıxış edərək müasir dövrün inkişaf prosesində süni intellektin və ya robotların insan hüquqlarına təsrinin müzakirə edilməsinin olduqca vacib olduğunu qeyd edib. O, süni intellektin ictimai həyatın müxtəlif sahələrində qərarverici bir mexanizm kimi qarşımıza çıxdığını və dolayısıyla insan hüquqlarına da müəyyən mənada təsir etdiyini qeyd edərək bu səbəbdən insan hüquqları institutlarının bu sahədə rolunun əhəmiyyətli olduğunu vurğulayıb. Aparatın əməkdaşı müasir dövrün tələbi olaraq “Elektron Hökumət”in formalaşdırılması və səmərəli fəaliyyəti, Açıq Hökumət Tərəfdaşlığına qoşulmasının insan hüquqlarının təmininə, demokratiyanın inkişafına müsbət təsir etdiyini, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılmasının beynəlxalq təcrübəyə əsaslandığını və bununla bağlı müvafiq hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin artıq beynəlxalq sahədə müsbət təcrübə kimi qiymətləndirildiyini qeyd edib.

Z.Vəliməmmədli həmçinin dünyanın ilk süni intellekt humanoid robotu Sofiyanın Azərbaycana səfər etdiyini və səfər çərçivəsində keçirdiyi görüşlərin xüsusilə gənclər arasında böyük marağa səbəb olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, robotun “ASAN xidmət” modeli ilə də tanış olduğunu, bu xidmətin çox müasir, rahat və vətəndaşyönümlü olduğu yönündə dəyərləndirmə apardığını bildirib, eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun onlayn müraciət xidmətinin “Elektron Hökumət” portalına inteqrasiya edildiyini və əhali tərəfindən fəal şəkildə istifadə olunduğunu vurğulayıb.

Aparatın əməkdaşı sözü gedən konfrans çərçivəsində Avropa Şurasının Milli İnsan Hüquqları İnstitutlarına ünvanlanan tövsiyələrinin implementasiyası ilə bağlı sessiyada da çıxış edərək, müasir dövrin tələbi olaraq, insan hüquqlarının təmin olunması, demokratiyanın və hüququn aliliyinin gücləndirilməsində müstəqil milli insan hüquqları institutlarının rolunun çox əhəmiyyətli olduğunu qeyd edib. O, Azərbaycan Ombudsman İnstitutunun BMT nəzdində fəaliyyət göstərən yeganə milli insan hüquqları institutu statusuna malik bir qurum kimi tanındığını diqqətə çatdırıb və fəaliyyət dövrü ərzində bu statusa əsaslanaraq beynəlxalq mexanizmlərdə fəal iştirak etdiyini, BMT-nin insan hüquqları şurasına insan hüquqlarının müxtəlif sahələri ilə bağlı yazılı və şifahi bəyanatlar təqdim edildiyini bildirib. Bundan əlavə müasir dövrün tələblərini də nəzərə alaraq milli insan hüquqları institutlarının qurulmasında əsas götürülən 1993-cü il tarixdə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Paris Prinsiplərinə əlavə yeni qaydaların da qəbul edilməsinin məqsədə müvafiq olacağını qeyd edilib.

Z.Vəliməmmədli eyni zamanda Paris Prinsiplərinin əsas şərti olaraq insan hüquqlarının müdafiəsinin Milli İnsan Hüquqları İnstitutlarının mandatı daxilində yer almasının vacib şərt olduğunu söyləyib və daha güclü Milli İnsan Hüquqları İnstitutları yaradılması məqsədilə Paris Prinsipləri ilə yanaşı eyni zamanda 2019-cu ilin mart ayında Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyası tərəfindən qəbul edilmiş Venesiya Prinsiplərinin də nəzərə alınmasının bu məqsədə xidmət edəcəyini vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Süni intellektin insan hüquqlarına təsiri Brüsseldə keçirilən beynəlxalq konfransda müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ