Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament Zurabişvilinin vetosunu ləğv edəcək - Kobaxidze

Parlament Zurabişvilinin vetosunu ləğv edəcək - Kobaxidze

Tarix: 25 May 2024 20:56

Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

"ABŞ-ın sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək", - Kaladze qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamentinin 3-cü oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə Prezident Zurabişvili veto qoyub. Gürcüstan parlamenti vetoya 27 may iclasında baxacaq.

Bu qanuna görə Qərb Gürcüstana ciddi təzyiq edir, ABŞ hətta sanksiya tətbiq edə biləcəyini də açıqlayıb.


Etiketlər:  Parlament Zurabişvilinin vetosunu ləğv edəcək Kobaxidze


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ