Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 14:04
14:01
Keçən həftə Papua-Yeni Qvineyada baş verən güclü torpaq sürüşməsi nəticəsində 2000-dən çox insan torpağın altında qalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Papua-Yeni Qvineya hökuməti bildirib.
Sakit Okeanda yerləşən ada dövlətinin Milli Fəlakət Mərkəzinin direktoru BMT-nin rezident koordinatoruna göndərdiyi məktubda sürüşmənin "2000-dən çox insanı diri-diri basdırdığını" və "böyük dağıntılara" səbəb olduğunu bildirib.
Məktubda həmçinin Porgera qızıl mədəninə gedən əsas magistral yolun "tamamilə bağlandığı" bildirilib.
Qeyd edək ki, hökumətin təqdim etdiyi bu rəqəm Birləşmiş Millətlər Təşkilatının təxminindən üç dəfə çoxdur. BMT agentliyi bur rəqəmin 670 nəfər olduğunu bildirmişdi.Ölkə rəsmi olaraq beynəlxalq yardım istəyib.
İndiyədək yalnız 6 nəfərin cəsədi tapılıb.
--------
07:55
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670-ə yaxın insan həlak ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən məlumat yayılıb.
Təşkilatın bölgədəki nümayəndəsi Serhan Aktoprak bildirib ki, təşkilat ölənlərin sayı ilə bağlı hesablamalarını artırmağa məcburdur. O qeyd edib ki, bazar günü Beynəlxalq Miqrasiya Təşkilatı Papua-Yeni Qvineyada güclü sürüşmə nəticəsində ölənlərin sayının 670-dən çox olduğunu bildirib.
Qeyd olunur ki, 670 qurbanın əhəmiyyətli hissəsi sürüşmə nəticəsində itkin düşənlərdir. Xilasedicilər və itkin düşənlərin yaxınları onların sağ ola biləcəyinə bütün ümidlərini itiriblər. Təcili yardım xidmətləri yalnız beş qurbanın cəsədini tapa biliblər.
Məlumata görə, sürüşmə nəticəsində Kaokalam kəndi praktiki olaraq Yer üzündən silinib. Sürüşmə ərazisində təxminən 1200 ev olub.
Xatırladaq ki, daha əvvəl 300-ə yaxın insanın təbii fəlakətin qurbanı olduğu bildirilirdi.