Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"5 ay əvvəl Orxanla danışıblar, sağ idi" - FOTO

Tarix: 27 May 2024 09:25

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) mərhum İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Tolik sosial şəbəkə hesabında mərhum sənətkara həsr olunmuş və özünün iştirak etdiyi "O üz" verilişindən görüntüləri yayımlayaraq 8 ay itkin düşdüyü deyilən Orxanın 5 ay əvvəl sağ olduğunu yazıb.

"Deyirəm, 5 ay bundan öncə "O üz" verilişi İlhamə Quliyevaya həsr olunmuşdu. Mən də orada idim. Orxanla onda əlaqə saxlayıblar, sağ idi. İndi deyirlər, 8 aydır xəbər yoxdur", - deyə, T. Əliyev vurğulayıb.

Qeyd edək ki, Orxanın doğma anası Lalə xanım "Səni axtarıram" ictimai-sosial verilişinə gələrək oğlundan 8 aydır ki, xəbər ala bilmədiyini, itkin düşdüyünü söyləyib.

Milli.Az


Etiketlər:  5 ay əvvəl Orxanla danışıblar sağ idi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ