Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir gəmi gün ərzində iki dəfə raketlə vuruldu

Bir gəmi gün ərzində iki dəfə raketlə vuruldu

Tarix: 29 May 2024 07:32

Səhər saatlarında Yəmən ərazisindən hücuma məruz qalan ticarət gəmisi növbəti dəfə raketlə vurulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında deyilir.

Bildirilib ki, hadisə Qırmızı dənizdə, Moha limanından 33 dəniz mili şimal-qərbdə baş verib:

"Ticarət gəmisinin kapitanı növbəti raket zərbəsi barədə məlumat verib. Gəmiyə yenə ziyan dəyib. Ekipaj təhlükəsizlikdədir, gəmi təyinat limanına doğru gedir. Koalisiya qüvvələri insidentin səbəblərini araşdırır".

Milli.Az


Etiketlər:  gəmi gün ərzində dəfə raketlə vuruldu


RƏYLƏR