Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoydu

Bu ölkə rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoydu

Tarix: 29 May 2024 10:10

Norveç Ukraynada davam edən müharibə səbəbindən rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün qüvvəyə minən qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.

Qərar digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq. Rusiyanın Oslodakı səfirliyi Norveç hakimiyyətinin qərarını qeyri-dost və siyasi motivli ayrı-seçkilik addımı adlandırıb

Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.

Milli.Az


Etiketlər:  ölkə rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ