Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçi itkin düşdü - FOTO

Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçi itkin düşdü - FOTO

Tarix: 29 May 2024 15:14

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.

Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.


Etiketlər:  Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçi itkin düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ