Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Tiflisə 390 milyon yardımı dayandırır

ABŞ Tiflisə 390 milyon yardımı dayandırır

Tarix: 29 May 2024 22:06

ABŞ "Xarici agentlər haqqında" qanununu qəbul etməsi ilə bağlı Gürcüstanı hərtərəfli qiymətləndirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, ölkəyə maliyyə dəstəyinin göstərilməsi, eləcə də Gürcüstanın ayrı-ayrı vətəndaşları üçün daha sərt viza rejimi qaydalarının tətbiqi yenidən nəzərdən keçirilməlidir:

"Gürcüstana 390 milyon dollar məbləğində yardımın dayandırılması müzakirə edilir. Əgər Gürcüstan hökuməti indi ABŞ və digər Qərb tərəfdaşlarına tərəfdaş kimi yox, düşmən kimi baxırsa, biz bütün bunları yenidən nəzərdən keçirməliyik".

Milli.Az


Etiketlər:  ABŞ Tiflisə milyon yardımı dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ